MÜSAHİBƏ
- Özünüz haqqında nə yazarsınız? - Raqif Raufoğlu yazaram.
- Sizcə bu gün Azərbaycanda bir ədəbi mühit mövcuddurmu?
MÜSAHİBƏ
- Özünüz haqqında nə yazarsınız? - Raqif Raufoğlu yazaram.
- Sizcə bu gün Azərbaycanda bir ədəbi mühit mövcuddurmu? - Hələ ki, daha çox ədəbsiz mühit üstünlük təşkil edir.
- Nəyə görə yazar adı qazanmaq istəyirsən? - Allahın bəlasıdır da. Çək dedi, verdi.
- Çağdaş Azərbaycan ədəbiyyatında sizi qane edəcək nəsə varmı? - Çağdaşlıq deyilən şeydən xeyli geridəyik. Keçid dövründə ilişib qalmışıq... Salam Sarvan maraqlı yazardır
- Hüseyn Cavidin yaradıcılığına münasibətiniz - Hüseyn Cavid böyük türkçü olub. Türkçü olan hər kəs də Çölçüdür. Böyük türkçülər isə çölçülərin müəllimləridir. Çölçülərdəndir. Çölçülərlədir.
- Nə qədər iddialısınız? - Bacardığım və bacarmadığım qədərləri toplayib bu günün imkanlarına bölmək lazımdır. Alınan nəticəni də oxucu toplumun qədərinə vurmaq lazımdır. Bax, o qədər iddialıyam hələ ki.
- Azərbaycanda hansı yazara, hansı sualı vermək istərdiniz? - Mən yazara yox, yazıya sual vermək istərdim əslində. Məsələn, “Əli və Nino”dan başlayardım. O əsərə veriləcək çox sualım var. Ilk sualım belə olardı ki, sənin müəllifin kimdir, harada yazıldın?
- Ortaq dil, ortaq Türkcə məsələsinə münasibətiniz? - Bir mövqe yazısında yazmışdım. Istənilən dövlətin, birliyin mövcudluğunun atributu ilk növbədə onun ordusu, pulu, sərhədi, konstitusiyasıdır. Ortaq dil məsələsini illərdir deyib durmuşuq, amma ortaq silahlı qüvvələr, ortaq sərhəd, konstitusiya, ən önəmlisi ortaq valyuta məsələsini daha sürətlə reallaşdırmaq olar. Bunlar tez bir zamanda, daha sürətlə reallaşsa Türk dünyasının qarşısında duran qalan düyünlər öz- özünə çözüləcək. Öncə dövlətlər səviyyəsinə düşən məsələlər həll olunmalıdır. Xalqlar səviyyəsinə düşən məsələlərdə məchul olan heç nə yoxdur.
- Bu günkü Azərbaycan ədəbiyyatının ağırlığını öz üzərində hiss edirsən? - Bu günkü Azərbaycan ədəbi mühitinin ağırlığı Azərbaycan ədəbiyyatının ağırlığından çoxdur. Belə anormal şəraitdə hisslərimə də inanmıram...
Raqif xeyirli olsun. INSHALLAH o gun olsun ki, bura dail olan insanlain misli beraberi olmasin. AMIN. Esl Azeri ogluna bundan gozel fon mence olada bilmez. Bir daha xeyirli olsun INSHALLAH bu sayta 2 aydan sonra userlerin elinden sozde demek olmayacaq.
İyun 18, 2008 12:04